termostatik nəzarət

ру термостатический контроль en thermostatic control de thermostatische Regelung fr régulation thermostatique es regulación termostática it regolazione termostatica
termostat
termotənzimləyici
OBASTAN VİKİ
Nəzarət
Casusluqda nəzarət davranışın, fəaliyyətin, və ya digər dəyişən məlumatları təsir etmək, insanları idarə etmək və ya insanların qorunmasının izlənilməsidir.
Akustik nəzarət
Akustik nəzarət və ya akustik defektoskopiya — nəzarət olunan obyektdə yaradılan və ya meydana çıxan rəqslərin (dalğaların) tətbiqinə əsaslanan nəzarət üsulu. Bu üsulda geniş tezlik diapazonundakı rəqslərdən, əsasən, ultrasəs dalğalarından istifadə olunduğuna görə çox vaxt akustik nəzarətə ultrasəs nəzarəti də deyilir. Akustik nəzarətdə nəzarət olunan obyektin səthində, yaxud daxilində yayılan dalğalar şüalandıran pyezoelektrik (bəzən elektromaqnit-akustik) çeviricilər və lazerlər tətbiq edilir. Dalğaların parametrləri (və ya yayılma üsulları) materialın qüsurlu yerindəki akustik xarakteristikalardan və s. asılıdır. Akustik nəzarət külçə, tökük (tokiik) və relslərdəki, həmçinin metal, plastik kütlə və s. hazırlanmış məmulatlardakı, yapışdırılmış və qaynaq edilmiş tikişlərdəki qüsurları müəyyənləşdirmək üçün universal üsuldur. Akustik nəzarət aktiv və passiv qruplara ayrılır. Aktiv akustik nəzarət elastik dalğaların şüalanadırılması (əks etdirilməsi) və qəbuluna əsaslanan üsullarla (əks-səda-impuls üsulu, kölgə üsulu, güzgü-kölgə üsulu, əks-səda-güzgü üsulu) aparılır. Bir sıra üsullar yoxlanılan obyektdə və ya onun hissəsində rəqslər məsələn: məcburi rəqslər (rezonans üsulu), sərbəst rəqslər (sərbəst rəqslər üsulu) yaradaraq (həyəcanlandıraraq) analiz aparılmasına, mexaniki impedansın dəyişdirilməsinə (impedans üsulu), dalğaların obyektin səthi boyunca yayılmasına (akustotopoqrafik üsul), dalğaların materialın daxilində yayılma sürətinin dəyişməsinə (akustoelastiklik üsulu) əsaslanır.
Daxili nəzarət
Daxili nəzarət — ümumi mənada müəssisənin idarəetmə orqanı və ya digər işçiləri tərəfindən aşağıdakı vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumat əldə etmək üçün həyata keçirilən proses kimi müəyyən edilir: Fəaliyyətin səmərəliliyi və rasionallığı. Maliyyə hesabatının etibarlılığı. Qanun və qaydalara uyğunluq. Mühasibat uçotunun əsas funksiyalarından biri maliyyə nəzarəti üçün zəmin yaratmaqla mülkiyyətçinin mənafeyinin müdafiəsini təmin etməkdən ibarət olan onun müdafiə funksiyasıdır. Bununla belə, qoruyucu funksiyanın həyata keçirilməsi nəzarəti həyata keçirmək üçün vasitələrin mövcudluğunu tələb edir. İlk növbədə, bu, daxili nəzarətdir. Daxili nəzarət dedikdə, müəssisə rəhbərliyi tərəfindən təşkil edilən və bütün işçilər tərəfindən təsərrüfat əməliyyatları zamanı öz xidməti vəzifələrini ən səmərəli şəkildə yerinə yetirmək məqsədi ilə müəssisədə həyata keçirilən tədbirlər sistemi başa düşülür. Bu, təkcə auditorun deyil, müəssisənin bütün idarəetmə aparatının işi olduqda, təşkilatın nəzarət və audit bölməsinin fəaliyyətini deyil, həm də hərtərəfli nəzarət sisteminin yaradılmasını nəzərdə tutur. Effektiv daxili nəzarət sistemini inkişaf etdirərkən müəssisə rəhbərliyi aşağıdakı məqsədləri qoyur: biznesi etibarlı məlumatlarla təmin etmək, aktivlərin təhlükəsizliyinin təmin edilməsi, informasiyanın mühafizəsinin təmin edilməsi, iqtisadi fəaliyyətin səmərəliliyinin təmin edilməsi, mühasibat uçotunun qəbul edilmiş uçot siyasətinə uyğunluğunu təmin etmək, maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi qaydalarına riayət olunmasının təmin edilməsi. Müəssisədə daxili nəzarət üç elementdən ibarətdir: nəzarət mühiti, mühasibat uçotu sistemi, nəzarət prosedurları.
Nəzarət cəmi
Nəzarət cəmi (Checksum) – tamlığa nəzarət mexanizmidir, əsasən verilənlərin saxlanması və şəbəkə protokollarında istifadə edilir. Nəzarət cəmi müəyyən alqoritmlə hesablanır, verilənlərə əlavə edilir və yadda saxlanır. Nəzarət cəmini bilən şəxs həmin verilənlər üçün nəzarət cəmini hesablayıb müqayisə etməklə məlumatın dəyişdirilmədiyinə əmin ola bilər. Bəzi səhvlər – məlumatda baytların yenidən nizamlanması, sıfırlardan ibarət baytların daxil edilməsi və ya çıxarılması, nəzarət cəmini əks istiqamətlərdə artıran və azaldan səhvlər – nəzarət cəmində aşkarlana bilmir. Bu problemdən yaxa qurtarmaq üçün kriptoqrafik nəzarət cəmləri – kriptoqrafik heş funksiyalar daxil edilir. İmamverdiyev Y.N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
Nəzarət kanartı
Nəzarət kanardı, kanart tipindəki təyyarələrdə daşıma vəzifəsi icra etməyən kanart növüdür. Bu kanartlarda yalnız nəzarət səthləri vardır. Daşınmanın bölünməsi istənilmədiyi üçün onlar əsasən simmetrik qanad profilinə malik olurlar. Nəqliyyatda rol oynamadıqlarına görə onların sahələri əsas qanadlara görə daha kiçik olur.
Elektron nəzarət vahidi
Elektron idarəetmə bloku (EİB) — elektronikada bir və ya bir neçə elektrik sistemini və ya alt sistemləri idarə edə bilən istənilən quraşdırılan sistemlər üçün ümumi termindir.
Faza nəzarət relesi
Faza nəzarət relesi - aşağıdakı hallarda üç fazalı şəbəkədən qidalanan elektrik mühərriki və ya elektrik qurğusunun mühafizəsi üçün nəzərdə tutulmuş qurğudur: fazaların heç olmasa birinin olmaması ("fazanın itməsi"), gərginliyin qoyulmuş həddən aşağı düşməsi, gərginliyin qoyulmuş həddən yuxarı qalxması, fazın əks ardıcıllığı neytralın qırılması, cərəyanların və gərginliklərin qeyri-simmetrikliyi Bundan əlavə, faza nəzarət relesinin bəzi konstruksiyaları maksimal və minimal gərginliyə görə işləmə qiymətlərinin, həmçinin işləmə vaxtının (dözmə müddəti) tənzimlənməsini təmin edir. Adətən, faza nəzarət relesində çıxış elementi kimi rele kontaktları dəstindən (normal bağlı və normal açıq) istifadə olunur. Rele həmçinin fazaların mövcudluğunu və qeyri-normal rejimin növünü göstərən indikasiya elementləri ilə təchiz oluna bilər. Faza nəzarət relesinin iş prinsipi fazanın itməsi zamanı şəbəkədə meydana çıxan əks ardıcıllıqlı harmoniklərin təcrid edilməsinə əsaslanır. Əks ardıcıllıqlı gərginlikləri ayırmaq üçün əks ardıcıllıqlı filtrlərdən istifadə olunur, ən sadə halda bunlar çıxışında elektromaqnit relesi qoşulmuş aktiv və reaktiv elementləri olan (aktiv-tutum dövrələri) olan passiv analoq filtrlərdir. Faza nəzarət relesinin növlərindən biri, adətən "faza itkisi relesi" adlandırılan E - 511 (SSRİ) relesidir. Onun modifikasiyaları 100 V, 220 V və 380 V xətt gərginliyinə hazırlanırdı, buna görə də qoyuluş qiymətləri gərginliyə görə tənzimlənirdi. Müasir faza nəzarət releləri (məsələn, "Rele və Avtomatika" MMC tərəfindən istehsal olunan EL-11, 12, 13, 15 seriyaları) gərginliyə və zamana görə parametrlərlə təchiz edilirlər. «Справочник по наладке электроустановок», под ред. А. С. Дорофеюка, А. П. Хечумяна, М., «Энергия», 1975 г Чернобровов Н.В. «Релейная защита», М., «Энергия», 1974 г.
Hava nəqliyyatına nəzarət
Hava nəqliyyatına nəzarət xidməti (ATC), hava vasitələrinin manevr sahəsində, peppronda və ya uçuşun hər hansı bir mərhələsində bir-birləriylə və maneələrlə üzləşmələrinin qarşısının alınması; sürətli və nizamlı hava nəqliyyatına axınını təmin etmək məqsədi ilə verilən hava nəqliyyat xidməti (ATS) növüdür. ATC qısaltması İngilis dilində Air Traffic Control anlayışının akronimidir. ATC xidməti verən vəzifəlilərə hava nəqliyyatına nəzarətçi (ATCO) deyilir. ATC xidmətləri beynəlxalq formada İngilis dilində deyilir. ATC orqanları funksiyalarına görə bu çağırış adlarından birini alırlar: Tower (qüllə) Approach (yaxınlaşma) Radar Ground (Yer) Director (direktor) Hər hansı bir hava nəqliyyat xidmət orqanının vəzifəsini göstərməyən (yanıldıcı) bir çağırış adı istifadə etməsi cinayət hesab edilir. ATC orqanları bu xidmətləri verirlər: Nəzarət xidməti (meydanlarda və idarəli hava sahələrində) FIS (uçuş məlumat xidməti) ALRS (xəbərdarlıq xidməti) ATC-lər Nəqliyyat Nazirliyi Mülki Aviasiya Baş İdarəsi tərəfindən edilən lisenziya imtahanı nəticəsində lisanslandırılmış lisenziyalı kəslərdir. Azərbaycandakı əlaqədar təşkilat Nəqliyyat Nazirliyi Dövlət Hava Meydanları Müəssisəsidir. (mənbə lazımdır) İmtahan və dərəcələndirmələr Hava nəqliyyat nəzarətçiləri lisenziyalarına əlavə olaraq aşağıdakı sahələrdə dərəcə imtahanlarına daxil olurlar və bu imtahanlarda müvəffəqiyyətli olduqları təqdirdə dərəcələri ilə əlaqədar hava nəqliyyat xidməti vəzifəsini yerinə yetirirlər. Əlaqədar dərəcələr bunlardır: (mənbə lazımdır) Görərək meydan nəzarət dərəcəsi Alətli meydan nəzarət dərəcəsi Radarsız yaxınlaşma nəzarət dərəcəsi Radarlı yaxınlaşma nəzarət dərəcəsi Radarsız sahə nəzarət dərəcəsi Radarlı sahə nəzarət dərəcəsi Hava nəqliyyat nəzarətçiləri, yaxşı dərəcədə İngilis dilində bilmək və hər il, çalışdıqları bölgə ilə əlaqədar dərəcədə yeniləmə imtahanlarına girmək məcburiyyətindədirlər. Bu imtahanlara girə bilmək üçün hər il tam hüquqlu xəstəxanalardan heyət hesabatı almaq zərurətləri vardır.
Komandanlıq və nəzarət
Komandanlıq və nəzarət bir hərbi təşkilatda vəzifə yerinə yetirmək üçün təyin edilmiş qüvvələrin komandirinin verdiyi əmr və göstərişlərdir.
Uçuşa nəzarət rejimləri
Uçuşa nəzarət rejimləri — Kompüter tərəfindən uçuş müddətinə görə uçuş məlumatlarının məsələn sürət və yüksəklik kimi məlumatların düzəldilməsi (buna FBW yəni Fly-by-wire deyilir) yəni uçuş nəzaətləri olan təyyarələrdə, uçuş nəzarət qaydaları siqnallarının çıxış siqnallarına funksional çevrilməsi, sensorlardan və başqa qaynaqlardan oxunma, aktuatorlar (hər hansı mexanizmanın bir hissəsidir. Bir mexanizm və ya sistemin hərəkət və idarə olunması üçün məsuliyyət daşıyır, məsələn bir klapan açmaq.) və digər çatış nöqtələrinin adətən uçuş nəzarət üsülları var; onlar istifadəçi interfeysində (yəni istifadəçi və kompüter sisteminin qarşılıqlı əlaqəsi olan vasitələr, xüsusi ilə də software və giriş cihazları istifadəsi.) üsulların tətbiqidir. Onların məqsədi insan nəzarəti girişlərinin uçuş nəzarət səthlərinə və nəticədə hərəkət yoluna müxtəlif vəziyyətlərə və ya uçuş rejimlərinə uyğun şəkildə tərcümə olunma üsulunu dəyişdirməkdir. Elektron uçuş nəzarətinin azaldılması, məsələn, uçuş nəzarət kompüteri kimi hesablamalı bir cihazın və ya ADIRU kimi məlumat verən hesablama qurğusunun uğursuzluğu ilə nəticələnə bilər. Elektron uçuş idarəetmə sistemləri (EFCS) həmçinin şiddətli havanı tanıyaraq və düzəldərək və balans pozulmanı azaldaraq sərnişinlər üçün daha rahat uçuş təmin etmək kimi, təyyarənin çox gərilməyə qarşı qorunması və ya sərnişinlər üçün daha rahat bir uçuş şərti ilə normal uçuşlarda gücləndirmə təmin edər. İki təyyarə istehsalçısı müxtəlif uçuş nəzarət rejimi (və ya qanunları) altında çıxış edə bilən birincil uçuş kompüterləri ilə ticari sərnişin təyyarələri istehsal edir. Ən yaxşı bilinənlər, Airbus A320-A380 modelinin normal, alternativ, düz və mexaniki qanunlarıdır. Boeingin FBW uçuş sistemi Boeing 777, Boeing 787 Dreamliner ve Boeing 747-8 də istifadə olunur. Bu təzə təyyarələr hava ağırlığını qorurkən təhlükəsizliyi və performansı artırmaq üçün elektronik nəzarət sistemləri istifadə edir. Bu elektronik sistemlər köhnə mexanik sistemlərdən daha yüngüldür və eyni zamanda təyyarəni yüksək gərilmə vəziyyətlerindən də qoruya bilir, dizaynerlərin həddindən artıq hazırlanmış parçaları azaltmalarına icazə verərək təyyarənin ağırlığını daha da azaldır.
Beynəlxalq Nəzarət Komissiyası
Beynəlxalq Nəzarət Komissiyası (qısaldılmış BNK; fr. Commission Internationale de Contrôle və ya CIC) və ya Beynəlxalq Nəzarət və Nəzarət Komissiyası — 1954-cü ildə yaradılmış beynəlxalq qüvvə. Təşkilat, əslində, keçmiş Fransa Hind-Çini daxilində hər bir ərazi üçün bir olmaqla, üç ayrı, lakin bir-biri ilə əlaqəli orqan kimi təşkil edilmişdi və iki müvəqqəti administrasiyası olan vahid dövlət kimi qəbul edilirdi. Vyetnam üçün ICSC, Laos üçün ICSC və Kamboca üçün ICSC ayrı qurumlar idi. Təşkilat Birinci Hind-Çin müharibəsini bitirən və Vyetnamın bölünməsinə səbəb olan Cenevrə razılaşmalarının həyata keçirilməsinə nəzarət edirdi. Atəşkəs rejiminə əməl olunmasına nəzarət etmiş və pozuntuları qeydiyyata almışdır. Təşkilat müvafiq olaraq qeyri-kommunist, kommunist və bloklara qoşulmayan tərəfləri təmsil edən Kanada, Polşa və Hindistandan diplomatlar və hərbi personaldan ibarət nümayəndə heyətlərindən ibarət idi. Təşkilatın fəaliyyəti getdikcə alovlanan qarşıdurma qarşısında əhəmiyyətsiz olmuşdur. Buna baxmayaraq, o, Paris sazişləri imzalanana, Beynəlxalq Nəzarət və Müşahidə Komissiyası adı altında yenidən toplanana qədər rabitə əlaqəsi kimi fəaliyyətini davam etdirmişdir. Maneli, Mieczyslaw.
Nəzarət altında saxlanma
Nəzarət altında saxlanma və ya müvəqqəti həbs cinayət törətməkdə şübhəli bilinən şəxsin həmin cinayəti törətdiyinə dair sübutların olması halında dövlət ittihamçısının qərarı ilə, ibtidai istintaqın aparılması və ya istintaqın başa çatdırılması üçün lazım gəldikdə məcburi formada, hüquq-mühafizə orqanları tərəfindən müəyyən müddətə həbsdə saxlanması prosesidir. Həbs şübhəli bilinən şəxsin dövlətin hüquq-mühafizə orqanları tərəfindən qanuni əsaslarla müvəqqəti olaraq nəzarət altında saxlanılmasıdır. Çox vaxt saxlanılan şəxs əvvəlcə təcridxanaya aparılaraq burada ifadə verir, daha sonra isə qarşısına çıxarıldığı prokuror onun azadlığa buraxılmasını və ya məhkəməyə göndərilməsini tələb edir.
Təyyarənin uçuşa nəzarət səthləri
Aviasiya uçuşu nəzarət səthləri − pilota təyyarəni tənzimləməyə və nəzarət etməyə imkan verən aerodinamik qurğulardır. Uçuşa nəzarət səthinin inkişafı təyyarənin inkişafında kritik bir addım idi. Sabit qanadlı təyyarə dizaynında erkən səylər təyyarəni yerdən çıxarmaq üçün kifayət qədər qaldırıcı qüvvə yaratmağa müvəffəq oldu, ancaq təyyarələr uçduqdan sonra onları idarə etmək mümkün olmurdu. Effektiv uçuş nəzarətinin inkişafı sabit uçuşa imkan verən şeydir. Bu məqalə konvensional dizaynın sabit qanadlı təyyarəsində istifadə olunan nəzarət səthlərini təsvir edir. Digər sabit təyyarə konfiqurasiyaları müxtəlif nəzarət səthlərindən istifadə edə bilər, amma əsas prinsiplər qalır. Döner qanad təyyarələri (vertolyotlar) üçün idarəetmə (stick və rudder) üç fırlanma oxu ilə eyni hərəkətləri yerinə yetirir, lakin dönən uçuş nəzarətini (əsas rotor disk və quyruq rotor diskini) tamamilə fərqli şəkildə idarə edir. Rayt qardaşlar, ilk pratik nəzarət səthlərininin inkişafında böyük rolları olmuşdur. Modern idarəetmə səthlərindən fərqli olaraq qanad bükümü istifadə etdilər . Rayt patentini qəbuletmə cəhdində, Glenn Curtiss, Birleşmiş Krallıq'da təxminən 40 il əvvəl patentli olan idarəetmə səthlərini ilə eyni tipdə idilər.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
İdlib De-eskalasiya Nəzarət Qüvvəsi fəaliyyətləri
İdlib əməliyyatı (türk. İdlib Hârekatı) və ya şifrələnmiş adı ilə İdlib De-eskalasiya Nəzarət Qüvvəsi fəaliyyətləri (türk. İdlib Gerginliği Azaltma Kontrol Gücü faaliyetleri) — "Fərat Qalxanı" əməliyyatından sonra, de-eskalasiya zonası yaratmaq hədəfiylə 12 oktyabr 2017-ci il tarixində Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş hərbi əməliyyat. Bu, Fərat Qalxanı və Şah Fırat əməliyyatlarından sonra Türkiyənin həyata keçirdiyi üçüncü transsərhəd əməliyyatıdır. Hərbi əməliyyat Türkiyə, Rusiya və İran tərəfindən imzalanmış 2017-ci il Astana sazişindən sonra başladılmışdır. Bu sazişdə, qeyd edilən ölkələrin hökuməti Əl-Qaidənin bir qolu olan Həyyat Təhrir əş-Şam (əsasən HTŞ olaraq bilinir) cihadçı radikal hərbi quruplaşmasının İdlib regionundan çıxarılması üçün razılaşmışdılar. HTŞ İdlib regionundakı dominant qüvvə hesab edilirdi, lakin quruplaşma İdlib əməliyyatının başlamasıyla dəstək itirməyə başlamışdır. Türkiyə Silahlı Qüvvələri 2017-ci ildə sadəcə kiçik ölçülü hərbi əməliyyatlar həyata keçirmişdir. 2018-ci ilin fevral ayında Türkiyə Silahlı Qüvvələri İdlibin şimal və cənub-şərqi hissələrində çoxsaylı müşahidə nöqtələri tikməyə başlamışdır. 13 mart 2018-ci il tarixində Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Həma mühafəzəsinin şimal-qərbi hissəsinə daxil olmuş və iki yeni müşahidə nöqtəsi tikməyə başlamışdır.
Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu
Baytarlıq Elmi-Tədqiqat İnstitutu — baytarlıq institutu. BETİ-nin təməli Çar hökumətinin qərarı ilə 1901-ci ilin dekabr ayının 12-də Zaqafqaziyada baytarlığa dair ilk elmi müəssisə sayılan taun əleyhinə Zurnabad (Gəncə quberniyası) stansiyası təşkil edilmişdir. 1935-ci ildə hökumətin qərarı ilə respublika torpaq nazirliyinin 1935-ci il yanvarın 20-si 32/34 №-li əmri ilə Az. BETİ Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Təcrübə Stansiyasına çevrildi və Zurnabaddan Bakıya köçürüldü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarının 3-cü hissəsinə əsasən Azərbaycan Dövlət baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitut və Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq Elmi–Tədqiqat İnstitutu yaradılmışdır. İnstitutun tərkibində Gənc alimlər şurası təşkil olunub və instititun gənc alimləri burada da öz elmi fəaliyyətlərini göstərirlər. İnstitut baytarlıq bioloji preparatlarının hazırlanması və onların keyfiyyətinə nəzarət işində istifadə olunan mikroorqanizimlərin ştammlarının depolaşdırılması üzrə Azərbaycan Respulikasının baza müəssisəsidir. Hal-hazırda institutda 20 müxtəlif istehsalat və nəzarət, 5 salmonelyoz və 20 quduzluq, 1 quş qripi və 1 nodulyar dermatit virusunun epizootik ştammları saxlanılır. Zurnabad stansiyasında iribuynuzlu heyvanların taun xəstəliyinə qarşı serum hazırlanaraq 1902–1929-cu illərdə Türkiyədə, İranda, Orta Asiyada və başqa Yaxın Şərq ölkələrində, habelə Azərbaycanda geniş tətbiq edilmişdir. İribuynuzlu heyvanların və camışların pasterelyoz xəstəliyinə qarşı QOA formol vaksin ilk dəfə akademik M. Qəniyevin rəhbərliyi ilə 1949-cu ildə hazırlanmış və istifadəyə verilmişdir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti — antiinhisar nəzarəti, haqsız rəqabət, açıq məkan istisna olmaqla reklam qanunvericiliyinə nəzarət, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturu, o cümlədən standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələrində dövlət tənzimlənməsini həyata keçirən qurumdur. Azərbaycanda ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il 3 nömrəli fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradılıb. Həmin ilin avqustunda Komitənin Əsasnaməsi təsdiq olunub. 1992-ci ildə bazar iqtisadiyyatına keçidlə bağlı mühüm əhəmiyyəti olan "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ölkə başçısı tərəfindən "İnhisarçı müəssisələrin və birliklərin məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında" fərman imzalanıb. 2001-ci ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hüquqi şəxs statusunda İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edilərək Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib. 2001–2006-cı illər ərzində Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və normativ sənədləri ilə Departamentin vəzifə və səlahiyyətləri xeyli dərəcədə genişlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə antiinhisar siyasəti, haqsız rəqabətə qarşı mübarizə, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı il dekabrın 28-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da Xidmətin səlahiyyətlərinə aid edilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı fərmanla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (Azərbaycan)
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti — antiinhisar nəzarəti, haqsız rəqabət, açıq məkan istisna olmaqla reklam qanunvericiliyinə nəzarət, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturu, o cümlədən standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələrində dövlət tənzimlənməsini həyata keçirən qurumdur. Azərbaycanda ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il 3 nömrəli fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradılıb. Həmin ilin avqustunda Komitənin Əsasnaməsi təsdiq olunub. 1992-ci ildə bazar iqtisadiyyatına keçidlə bağlı mühüm əhəmiyyəti olan "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ölkə başçısı tərəfindən "İnhisarçı müəssisələrin və birliklərin məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında" fərman imzalanıb. 2001-ci ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hüquqi şəxs statusunda İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edilərək Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib. 2001–2006-cı illər ərzində Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və normativ sənədləri ilə Departamentin vəzifə və səlahiyyətləri xeyli dərəcədə genişlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə antiinhisar siyasəti, haqsız rəqabətə qarşı mübarizə, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı il dekabrın 28-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da Xidmətin səlahiyyətlərinə aid edilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı fərmanla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb.
Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi (türkcə Türkiye-Rusya Ortak Merkezi; rus. Совместный российско-турецкий мониторинговый центр) — İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağ ərazisində atəşkəsin təmin edilməsi üçün yaradılan Türkiyə―Rusiya birgə monitorinq mərkəzi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar. Bəyanatda bölgədə atəşkəsi təmin etmək üçün sülhməramlıların da yerləşdirilməsi nəzərdə tutulurdu. Noyabrın 11-də isə Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzaladılar. Baxmayaraq ki, Rusiya rəsmiləri Türkiyənin sülhməramlı əməliyyatlara qatılmasının Dağlıq Qarabağa təsir etməyəcəyini bildirmişdilər. Noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı qanun layihəsini təklif etdi. Türkyə parlamenti, ertəsi gün Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət verərək bu vəsatəti təsdiqlədi. Bununla da Azərbaycan ərazisində Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verdi və monitorinq mərkəzinin yaradılması prosesinə start verildi. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli 511 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə" təsdiq edilmiş və həmin tarixdən etibarən Müfəttişlik fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamə" təsdiq edilmişdir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Əsasnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarda kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və su keçidlərinin təhlükəsiz istismarına texniki nəzarəti, həmçinin çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır. kiçikhəcmli gəmilərin və onların dayanacaq bazalarının istifadəsi zamanı dövlət və texniki nəzarəti, kiçikhəcmli gəmilərin dayanacaq bazalarında insanların təhlükəsizliyi ilə bağlı tələblərə əməl olunmasına nəzarəti həyata keçirir; kiçikhəcmli gəmilərin təsnifatına uyğun olaraq onların dövlət qeydiyyatını və uçotunu aparır, onları ilkin və illik texniki müayinədən və baxışdan keçirir; kiçikhəcmli gəmilərə dövlət - bort nömrəsinin, qeydə alınmış gəmilərə gəmi biletinin və digər sənədlərin verilməsini təmin edir; kiçikhəcmli gəmilərin dayanacaq bazalarının, yanalma körpülərinin, su keçidlərinin, eləcə də çimərliklərin texniki baxışdan keçirilməsini təmin edir; kiçikhəcmli gəmilərin reyestri, onları idarə etmək hüququ verən sürücülük vəsiqələri, həmçinin kiçikhəcmli gəmilərin və gəmi sürücülərinin qeydiyyat sənədlərinin uçotunu aparır; kiçikhəcmli gəmilərin öz təyinatı üzrə istismar olunmasına nəzarət edir; çimərliklərdə, su hövzələrində və sututarlarda insanların axtarışını və xilasını, dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirir; çimərliklərin yararlı hala salınması və çimərliklərdə təhlükəsizlik qaydalarına əməl edilməsi üçün tədbirlər görür, burada yaradılmış xilasetmə məntəqələrinin xilasetmə avadanlıqları, rabitə və digər texniki vasitələrlə təchizatına nəzarət edir; kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısını almaq və insanların su obyektlərində təhlükəsizliyini təmin etmək məqsədi ilə əhali arasında maarifləndirmə işləri aparır, bu sahədə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kiçikhəcmli gəmilərə nəzarət üzrə 5 region şöbəsi var: Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Şimal regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Muğan regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Cənub regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Daxili su hövzələri üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi. Bu region şöbələri kiçik həcmli gəmilərə texniki nəzarət, qeydiyyatdan yayınan kiçik həcmli gəmilərin qeydiyyata cəlb olunması, gəmilər üzərində seriya və bort nömrəsinin yazılmasına nəzarət, əhali arasında maarifləndirmə işinin aparılması və sair bu kimi funksiyaları həyata keçirirlər. Kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə ölkə ərazisindəki fiziki və hüquqi şəxslərə məxsus kiçik həcmli gəmilərə texniki nəzarəti həyata keçirir. Texniki baxış zamanı gəminin texniki sənədləri yoxlanılaraq gəminin tutumu, onun yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, yelkənlərin sahəsi, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, gəmidə xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıq ilə təchizatı yoxlanılır. Texniki baxışdan keçirilmiş kiçik həcmli gəmilər Xidmət tərəfindən dövlət qeydiyyatına alınaraq müvafiq bort və seriya nömrələri, gəmi bileti və texniki talonlarla təmin edilirlər.